...

İsrail 60 il təcavüz göstərdikdən sonra süquta uğrayır - Mahmud Əhmədinejad

Siyasət Materials 18 Sentyabr 2008 17:05 (UTC +04:00)
İsrail 60 il təcavüz göstərdikdən sonra süquta uğrayır - Mahmud Əhmədinejad

İran prezidenti Mahmud Əhmədinejad sentyabrın 18-də Teranda keçirilən mətbuat konfransında bildirib ki, dünya və beynəlxalq ictimaiyyəti böyük dəyişikliklər gözləyir. Bu barədə İranın İRİNN xəbər kanalı məlumat verib. "İsrail 60 il təcavüz göstərdikdən sonra süquta uğrayır", - Əhmədinejad qeyd edib. O qeyd edib ki, müstəmləkəçi ölkələrin yalan təbliğatı və məkrli siyasəti növbəti dəfə uğursuzluğa düçar oldu. "Super güclər zəif xalqlardan üzr istəməlidirlər", - deyən İran prezidenti İran xalqını dünyada məzlum xalqların haqlarının bərpası istiqamətində bayraqdar adlandırıb.

Əhmədinejad daha sonra qeyd edib ki, nə Sehyunist xalqını, nə də hakimiyyətini rəsmən tanıyır və bu ərazidə yaşayan əhali dünyanın ayrı-ayrı yerlərindən "pul tələsi"nə salınaraq bura yığıldığı kimi, gec və ya tez geri qayıtmalıdır.

Xəbər lenti

Xəbər lenti