...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası 700-ə yaxın yerli müşahidəçini qeydə alıb

Siyasət Materials 25 Sentyabr 2008 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkisinin müşahidəsini aparmaq üçün 700-ə yaxın yerli müşahidəçini qeydə alıb. MSK mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata əsasən, qeydə alınmış müşahidəçilərin 200-dən çoxunu yerli QHT-lər təşkil edir.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15-də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.

Məlumata əsasən, dairə seçki komissiyalarından 20 min müşahidəçi qeydə alınıb. Mərkəzi Seçki Komissiyasında müşahidəçilərin qeydiyyatı səsvermə gününə 10 gün, dairə seçki komissiyalarında isə 5 gün qalmış başa çatır.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti