Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir A.Hüseynbala / Azərbaycanda prezident seçkisini boykot edən Müxalifətin Əməkdaşlıq Mərkəzinin təsis olunduqdan sonra ilk toplantısı keçirilib. Bu barədə Trend - a cümə axşamı qurumun üzvü olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev məlumat verib.
Trend - un arayışı : Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.
"Azadlıq" blokuna daxil olan partiyalar - Xalq Cəbhəsi, Liberal Partiya, Vətəndaş və İnkişaf Partiyası və Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum oktyabrın 15 - də keçiriləcək prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib
Əliyev deyib ki, Müsavat Partiyasının qərargahında keçirilən toplantıda Müxalifətin Əməkdaşlıq Mrəkəzinin oktyabrın 11 - nə nəzərdə tutluan forumuna hazırlıq işləri müzakirə olunub: "Biz bir daha qərara gəldik ki, foruma ATƏT, Avropa Şurası və Azərbaycanda fəaliyyət göstərən digər beynəlxalq təşkilatların, eləcə də preizident seçkisini müşahidə edəcək missiyaların nümayəndələri dəvət olunsunlar", - Əliyev bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]