...

Rusiya tərəfi bufer zonalardan çıxmaq haqqında razılaşmanı icra edib - Gürcüstan prezidenti

Siyasət Materials 11 Oktyabr 2008 01:17 (UTC +04:00)
Rusiya tərəfi bufer zonalardan çıxmaq haqqında razılaşmanı icra edib - Gürcüstan prezidenti

Gürcüstan, Tbilisi 11 oktyabr / "Trend  News" müxbir N.Kirtsxalia/ Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib ki, Rusiya tərəfi Gürcüstan ərazisindəki bufer zonalardan çıxmaq haqqında razılaşmanı icra edib. 

Fransa xarici işlər naziri ilə birgə cümə günü Batumidə keçirdiyi brifinqdə Saakaşvili deyib ki, "Axalqori istisna olmaqla, digər bufer zonaları ləğv edilib, lakin biz status-kvoya nail olmalıyıq."

Saakaşvili qeyd edib ki, Gürcüstan müvafiq problemin həlli üçün Avropa İttifaqı və Fransa ilə birgə çalışmağa hazırdı. 

"Biz Abxaziya ilə Cənubi Osetiyanın qaytarılmasına da nail olacağıq", deyən Gürcüstan prezidenti, Avropa İttafaqından tələb edib ki, gürcü-osetin münaqişəsində etnik təmizləmə faktlarının araşdırılması üçün xüsusi komissiyanı regiona göndərsin.

Saakaşvili münaqişənin həllində göstərdiyi misilsiz xidmətlərinə görə Fransa dövlətinə təşəkkürünü bildirib.

"Dünya ictimaiyyəti bizimlə razılaşır ki, parçalamaq və qanuni seçilmiş hakimiyyəti devirmək məqsədi ilə Gürcüstana qarşı işğal həyata keçirilib", deyən Saakaşvili Gürcüstanın işğalın nəticələrini aradan qaldırmağa çalışdığını nəzərə çatdırıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti