Azərbaycan, Bakı, 23 oktyabr/ Trend / Fransa prezidenti Nikolya Sarkozi İlham Əliyevi Azərbaycanda prezident seçkisində qələb qazanması münasibətilə təbrik edib.
" Əminəm ki, ölkələrimiz arasında mövcud olan intensiv əməkdaşlıq gələcəkdə də iqtisadi, siyasi, mədəni və təhsil sahələrində inkişaf edəcək. Fransa Azərbaycanın çoxdankı sadiq dostudur. Biz ATƏT - in Minsk Qrupunun həmsədrləri ikimi, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması və bütün Qafqaz regionunun sülh və çiçəklənmə zonasına çevrilməsi üçün əlimizdən gələni edəcəyik", - təbrikdə yazılıb.