Belçika, Brüssel, 2 dekabr / Trend müxbir A.İsmayılova/ NATO XİN başçıları çərşənbə axşamı Brüsseldə Rusiya ilə əməkdaşlıq məsələsinə yenidən baxmaq qərarına gəliblər.
"Tərəfaşların hamısı razılaşıblar ki, biz Rusiya ilə siyasi əlaqələrimizin necə olacağını müəyyənləşdirməliyik", - deyə nazirlərin toplantısından sonra alyansın baş katibi Əap de Xoop Sxeffer bildirib.O qeyd edib ki, Rusiya ilə qeyri-formal səviyyədə danışıqları davam etdirmək zərurəti var.