...

Azərbaycanda krizis hallarının idarə edilməsi üzrə Mərkəz yaradılacaq – nazir (video)

Siyasət Materials 12 Dekabr 2008 12:56 (UTC +04:00)
Azərbaycanda krizis hallarının idarə edilməsi üzrə Mərkəz yaradılacaq – nazir (video)

Azərbaycan, Bakı, 12 dekabr/ Trend , C.Babayeva, A.Hüseynbala/ Azərbaycanda krizis hallarının idarə edilməsi üzrə Mərkəz yaradılacaq. "Mərkəzin tikintisi 2010-cu ilin ortalarında başa çatacaq", - deyə cümə günü jurnalistlərə fövqəladə hallar naziri Kəmalləddin Heydərov bildirib.

FHN-nin rəhbəri deyib ki, Mərkəzin əsas məqsədi fövqəladə vəziyyətlərin idarə edilməsi və onların nəticələrinin qarşısını alan strukturlara yardım göstərməkdən ibərət olacaq.

Nazirlik fəaliyyəti dövründə xaricdən fövqəladə vəziyyətlərin nəticələrinin aradan qaldırılması üçün müasir texnikalar alıb. Heydərov İdarənin gələcəkdə yerli istehsala üstünlük verməyi planlaşdırdığını bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti