...

İranın Azərbaycandakı səfiri İsrailin Qəzzə Zolağında fələstinlilərə qarşı soyqırım siyasətini davam etdirdiyini bildirib

Siyasət Materials 12 Dekabr 2008 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr/ Trend , AHüseynblala, T.Cəfərov/ İranın Azərbaycandakı səfiri hesab edir ki, İsrailin Qəzzə Zolağında fələstinlilərə qarşı başladığı soyqırım davam edir.

"Təəssüf ki, dünya ictimaiyyəti bir millətin yer üzündən silinməsi siyasətini sükutla qarşılayır. Bunu işğalçı sionist rejim edir", - Trend -un məlumatına görə, cümə günü keçirilən mətbuat konfransında İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare bildirib.

Qəzzə Zolağından İsrailin Aşkelon yaşayış məntəqəsinin raket atəşinə tutulmasına cavab olaraq bir aydan artıqdır ki, İsrail hökuməti Qəzzəyə blokada tətbiq edib. İsrail rəsmiləri Misir hökumətindən də Misirlə-Qəzzə sərhədində olan Rəfah buraxılış məntəqəsinin açılmamasını tələb ediblər. İsrail hökuməti ölkənin təhlükəsizliyinin qorunması üçün Qəzzəni blokadaya aldığını bildirib.

"İranla Azərbaycan arasında münasibətlər daha da inkişaf etməkdədir. İki ölkənin iş adamları arasında əlaqələr getdikcə genişlənir. İran azərbaycanlıların sərmayə qoyması üçün ən cəlbedici ölkələrdən biridir", - mətbuat konfransında İran-Azərbaycan münasibətlərinə də toxunan səfir qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti