...

İsrailin  Qəzzədə  keçirdiyi hərbi əməliyyatlar qanunidir – İsrailin xarici işlər naziri

Siyasət Materials 5 Yanvar 2009 17:14 (UTC +04:00)
İsrailin  Qəzzədə  keçirdiyi hərbi əməliyyatlar qanunidir – İsrailin xarici işlər naziri

İsrailin  Xarici  İşlər  Nazri  Sipi Livni  bu  gün Qüdsdə Avropa İttifaqı ölkələrinin  XİN  rəhbərlərinin  gərüşündə ölkəsinin  Qəzzə Zolağlında keçirdiyi hərbi əməliyyatlara münasibət bildirərək rəsmi Tel-Əvivin   hərbi əməliyyatlərın qanuni  hesab etdiyini bildirib.  Bu haqda EvroNews telkekanalı məlumat  verib.

Livi bütün dünyanın  terrora qarşı həmrəy olduğunu və Qəzzədə keçirilən  hərbi  əməliyyatların  fələstinlilərə qarşı deyil  HƏMAS terrorçularıan qarşı aparıldığını bildirib.

"Biz dünya ictimaiyyətinin etirazı başa  düşürük. Lakin  İsraili də başa düşmək lazımdır. Biz  sülhün tərəfdarıyıq və öz  ərazilərimizi HƏMAS terrorundan müdafiə edirik"-deyə o  bildirib.

Livni  onu da  əlava edib ki , İsrailin  hərbi münaqişənin sona çatması üçün öz tələbləri var. "HƏMAS  İsrailin bütün tələblərini  yerinə  yerirməlidir.  HƏMAS- ın  , Hizbullah və bir sıra dünya terror təşkilatlıarı ilə əlaqələri var"-deyə o bildirib.

Livni  Qəzzədə  keçirilən hərbi əməliyyatların terrera qarşı aparıldığnı və teroroçularla  heç bir  danışığın aparılmayağını qeyd edib.

" İsrail Qəzzə Zolağında humanitar böhranın yaranmamsı üçün Qəzzə ilə sarhədlərini  çib. Rəfah sərhədi  isə müvaqqəti olaraq  açıqdır"-deyə o qeyd  edib.

Dekabrın 27-də  günorta satlarından başlayaraq İsrailin hərbi hava qüvvələri Qəzzə zolağını raket atəşinə tututblar. 19 dekarbda  Həmas təşkilatı və Israil arasında  müvəqqəti  atəşkəsin başa  çatmasından  sonra  Həmas 4 fələstinlililin qətlinə cavab olaraq Israilin  Sederot va Aşkelon yaşayış məntəqələrini  raket atəşinət tutub.

BBC nin Fələstin səhiyyə xidmətinə istinadən verdiyi məlumata görə Israilin dekabrın 27 də  keçirdiyi  hərbi  əmaliyyatlar zamanı 500 nəfər həlak olub, 2500  nəfər  isə yaralanıb.

Həmas İsrailin Qəzzə zolağının bombalamasına cavab olaraq Sederot və Aşkelon yəhudi məntəqələrinə  60 a yaxın raket zərnbəsi endirib.  İsrail höküməti  Aşkelon və Sederotda fövqaladə vəziyyət elan edib.

Yanvarın 3 -dən etibarn İsrail ordusu Qəzzə Zolağında quru əməliyyatlarına  başlayıb.

Məqalə müəllifi ilə əlaqə : [email protected]

Xəbər lenti

Xəbər lenti