...

Azərbaycan və İran arasında mal dövriyyəsi iki dəfə artırılacaq - XİN-nin başçısı Mottaki

Siyasət Materials 19 Fevral 2009 22:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral/ Trend , müxbir T.Cəfərov/ Azərbaycan və İran arasında mal dövriyyəsi artaraq 1 milyard 500 milyon ABŞ dollarına çatdırılacaq, cümə axşamı günü Bakıda Trend a eksklüziv müsahibəsində İranın xarici işlər naziri Mançuxer Mottaki deyib.

"Azərbaycan və İran arasında mal dövriyyəsinin həcmi hal hazırda 700 milyon ABŞ dolları təşkil edir. İki ölkənin iqtisadi əlaqələrində dövlətlərin və xalqların məraqları əks olunur", XİN-ni başçısı deyib.

İranın XİN-nin başçısı Bakıda Azərbaycan və İran iqtisadi əməkdaşlıq birgə komissiyasının iclasında iştirak edir.

Mottakinin sözlərinə görə, iki ölkənin ticarət, energetika, sənayyə, tranzit sahəsində iqtisadi əlaqələri bir birini tamamlayır.

"Azərbaycanın həyata keçirdiyi iqtisadi layihələr tez və ciddi inkişaf edir. Azərbaycanın inkişafı, qüdrətli olması və təhlükəsizliyi İranın fəxridir. İranın Azərbaycanla iqtisadi sahədə əlaqələrin inkişafının gələcək potensialını görürük", o deyib.

Onun sözlərinə görə, İran və Azərbaycan əlaqələri yaxındır, ciddidir və inkişafdadır. "Bu əlaqələrin arxasında iki ölkə başçılarının siyasi iradəsi durub. İranın iş adamları Azərbaycanda yüksək səviyyədə qarşılanır. Biz rəsmi nümayəndələrə öz minnətdarlığımızı bildiririk. Biz İranın iş adamlarının Azərbaycanda fəaliyyətinin Azərbaycanın inkişafına tövhə verdiyi kimi qiymətləndiririk", Mottaki dedi.

XİN-nin başçısı bildirdi ki, İranla Azərbaycan əlaqələri bütün sahələrdə inkişaf edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti