...

Özbəkistan Əfqanıstana gedən qeyri-hərbi yüklərin ölkə ərazisindən tranzitinə razıdır - prezident

Siyasət Materials 25 Fevral 2009 16:39 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 25 fevral / Trend , müxbir Т.Jukov/ Özbəkistan prezidenti İslam Kərimov bildirib ki, rəsmi Daşkənd Əfqanıstana gedən qeyri-hərbi yüklərin ölkə ərazisindən tranzitinə razıdır.

"Özbəkistan, ölkə qanunvericiliyinə uyğun olaraq qeyri-hərbi, bir daha vurğulayıram, qeyri-hərbi yüklərin Özbəkistan ərazisindən Əfqanıstana tranzitinə icazə verməyə razı olub", - bu gün Kərimov, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovla təkbətək görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

ABŞ-ın "Sarsılmaz azadlıq" anti-terror əməliyyatını həyata keçirdiyi Əfqanıstana yüklərin tranziti, Qırğızıstanın ölkə ərazisindəki "Manas" bazasının bağlanması haqda qərarından sonra çətinləşib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti