Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir K.Zərbalıyeva / Bakı polisi rəsmi sənədləri saxtalaşdırmaq cinayətinə görə axtarışda olan qadını saxlayıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən şənbə günü verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan 42 yaşlı Təranə Bağırova Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya sənədlərdən istifadə etmə (320) maddəsi ilə ittiham olunur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]