...

Ermənistan defolt barədə elan edə bilər - ekspert

Siyasət Materials 4 Mart 2009 14:24 (UTC +04:00)
Ermənistan defolt barədə elan edə bilər - ekspert

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir Ü.İsmayılova /  

"Yaranmış durumla bağlı Ermənistan hökumətinin iqtisadiyyatın çökməsini rəsmən bəyan etməsi mümkündür",  - Azərbaycan Nazirlər Kabineti Aparatının Maliyyə-kredit siyasəti şöbəsinin sabiq rəhbəri Oqtay Haqverdiyev hesab edir.

"Ölkənin iqtisadiyyatının bərpası üçün xeyli vaxt tələb olunacaq və bu zaman əhali arasında qiyam qalxa bilər", - Haqverdiyev bildirib.

Onun sözlərinə görə, Ermənistan istehsalı olmayan ölkədir. Burada yeganə istehsal sahəsi almazdır ki, o da vəsait çatışmazlığı üzündən staqnasiyadadır.

"Ermənistan tamamilə xarici kreditlərdən asılıdır və dilənçilik səviyyəsindədir. Yaranmış durumdan sonra isə ölkə kredit qabiliyyətliliyini itirib ki, bu da iflas vəziyyətinə gətirib çıxarır. Ermənistanın böyük borcları var və ölkə maliyyə "yastığı"nın olmaması ilə bağlı çətinlikləri hiss etməkdə davam edəcək", - Haqverdiyev bildirib.

Ermənistan Mərkəzi Bankı (MB) valyuta bazarında intervensiyanı məhdudlaşdırmaq və "üzən" məzənnə siyasətinə qayıtmaq qərarını qəbul edib. Mərkəzi Bankın hesablamalarına görə, 2009-cu ildə bir dolların orta məzənnəsi 360-380 dram səviyyəsində olacaq. Bundan başqa, Ermənistan MB-nin Şurası yenidən maliyyələşdirmə dərəcəsini 1,0 faiz artıraraq, 7,75 faizə qaldırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti