...

Soyqırım kimi faciəvi hadisələr yeni prizmadan yanaşma tələb edir – ABŞ səfiri

Siyasət Materials 4 Mart 2009 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir E.Rüstəmov /  Soyqırım kimi faciəvi hadisələr yeni prizmadan yanaşma tələb edir. Bu barədə çərşənbə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib.

"Düşünmürəm ki, bu kimi məsələlər qanunverici aktlar formasında həll olunmalıdır", - deyə səfir bildirib.

Dersinin sözlərinə görə, "erməni soyqırımı"nın tanınması məsələsi siyasi partiyalar, ABŞ Konqresinin mövqeyindən asılıdır.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın dünya miqyasında tanınmasını arzulayan ermənilər dünya ölkələrində "soyqırım" məsələsinin təbliğatını gücləndirərək bəzi dövlətlərin parlamentariləri tərəfindən "erməni soyqırımı"nın tanınmasına nail olublar.

"ABŞ-ın bu tipli faciələrə qarşı mövqeyi dəyişilməzdir. Görək, ABŞ-ın siyasi partiyaları və Konqresi bu məsələ üzrə hansı qərarları qəbul edəcək", - deyə səfir bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti