...

Azərbaycan Mətbuat Şurasının sədri referendumda jurnalistlərin problemlə üzləşmədiyini deyib

Siyasət Materials 18 Mart 2009 15:40 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının sədri referendumda jurnalistlərin problemlə üzləşmədiyini deyib

Azərbaycan, Bаkı, 18 mart  / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycan Mətbuat Şurasına Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən səsvermə prosesini işıqlandıran, eləcə də ayrı-ayrı məntəqələrdə müşahidəçilik edən jurnalistlərin hər hansı problemlə üzləşmələrinə dair hər hansı şikayət daxil olmayıb, çərşənbə günü Trend -a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

"Mən də Bakının Nizamı rayonunda bir neçə məntəqədə səsvermənin gedişini izləmişəm. Həmin məntəqələrdə müşahidəçilik edən jurnalistlər heç bir qanunsuzluqla bağlı narazılıq etmədilər", - Amaşov deyib.

Amaşovun sözlərinə görə, Şuranın İdarə Heyətinin və Monitorinq Qrupunun üzvləri hazırda paytaxtda və ölkənin ayrı-ayrı bölgələrində müşahidələrini davam etdirirlər. "Şurada fəaliyyət göstərən "qaynar xətt"ə də indiyədək hər hansı şikayət daxil olmayıb", - Şura sədri əlavə edib.

Mətbuat Şurası referendumla bağlı "qaynar xətt" elan edib. Bu gün səhərdən başlayaraq Şuranın (012) 561 80 37 və (012) 561 82 46 nömrəli telefonları bu rejimdə fəaliyyət göstərməkdədir.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Referendumda xüsusilə Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Burada, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəаlar daxildir.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti