...

Azərbaycan parlamenti İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının tərkibinə dəyişiklikləri qəbul edib

Siyasət Materials 14 Aprel 2009 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycan parlamenti çərşənbə axşamı keçirdiyi iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının tərkibinə dəyişiklikləri qəbul edib.

Sahibkarlar Şurasından "Kapsel" şirkətinin direktoru Namiq Məmmədov, gənclər təşkilatları tərəfindən Tarixçi Tələbələrin Elmi Cəmiyyətinin sədri, millət vəkili Fuad Muradov, qadın cəmiyyətləri tərəfindən Azərbaycan Qadınları Bakı Assosiasiyasının sədri Zərifə Salahova Yayım Şurasına üzv seçiliblər.

Sahibkarlar Şurası tərəfindən 2, gənclər təşkilatları tərəfindən 2, qadın cəmiyyətləri tərəfindən 3 namizəd irəli sürülmüşdü.

Yayım Şurasının 9 üzvü var, onlardan 3-nün dörd illk səlahiyyəti başa çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti