...

Azərbaycan və ABŞ nümayəndələrinin görüşü strateji əməkdaşlığı irəli aparacaq – xarici işlər naziri (YENİLƏNİB)

Siyasət Materials 6 May 2009 11:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir Y.Ostapenko /

Ağ Evdə keçirilən görüş Azərbaycan və ABŞ arasında mövcud olan strateji tərəfdaşlığı irəli aparacaq. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Azərbaycanın xarici işlər naziri çərşənbə axşamı Vaşinqtonda ABŞ-ın Dövlət katibi Hillari Klinton ilə görüşüb. Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin sürətləndirilməsi, Əfqanıstanda və terrorizmlə mübarizə sahəsində əməkdaşlıq, enerji təhlükəsizliyi, Avropaya enerji tədarükü marşrutlarının şaxələndirilməsi və kütləvi informasiya vasitələrinin azadlığı mövzusunun da yer aldığı demokratik islahatlar daxil olmaqla, qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər müzakirə olunub.

"Mən tamamilə əminəm ki, bu görüş Azərbaycan və ABŞ arasında mövcud olan strateji tərəfdaşlığı irəli aparacaq. Mən qlobal, regionl və ya ikitərəfli olmasından asılı olmayaraq, qarşılıqlı maraq kəsb edən bütün məsələlərin müzakirəsinə hazıram", - deyə ABŞ Dövlət Departamentindən Trend -a verilən məlumata görə, Məmmədyarov bildirib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ilin yanvar-fevralında Azərbaycan və ABŞ arasında mal dövriyyəsi 226,3 mln. dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti