Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir Е.Оstapenko /
"ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordonun iyunun 10-da Azərbaycana səfəri gözlənilir", - Trend -a cümə günü ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələq şöbəsinin başçısı Terri Devidson deyib.
"Biz ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin Azərbaycana səfərini gözləyirik, amma onun dəqiq qrafiki hələ məlum deyil", - Devidson bildirib.
"ABŞ Dövlət katibi müavininin səfəri uzun çəkməyəcək", - o məlumat verib.
Regional səfər çərçivəsində Qordon iyunun 9-da Ermənistana, sonra Azərbaycana, daha sonra isə ola bilər ki, Gürcüstana gedəcək.
Bu, Qordonun mayın 15-də tutduğu yeni vəzifədə regiona ilk səfəridir. Əvvəllər o, Vaşinqtondakı Brukinqs İnstitutunun ABŞ və Avropanın xarici siyasət xətti üzrə aparıcı elmi işçi vəzifəsində çalışıb. Buna qədər isə o, ABŞ Milli Təhlükəsizlik Şurasında Avropa məsələləri üzrə məsul şəxs olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]