...

Azərbaycanda quldurluqda ittiham olunan OMON-çuya hökm oxunub

Siyasət Materials 9 İyun 2009 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir H.Bağırov /

Azərbaycan məhkəməsi quldurluqda ittiham olunan Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) üzvünə hökm oxuyub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Vüqar Paşayevin də üzvü olduğu mütəşəkkil cinayətkar dəstə Gəncədə ayrı-ayrı vətəndaşların mənzillərinə silahlı basqın edərək, ev sahiblərinə fiziki təzyiq göstərib və mənzilləri qarət ediblər.

Cinayətkar dəstənin üzvləri məhkəmənin hökmü ilə müxtəlif müddətlərə məhkum olunublar.

Paşayev isə beynəlxalq axtarışda olub və 2006-cı ildə Rusiyada tutulub, 2007-ci ildə Azərbaycana təhvil verilib.

Külli miqdarda əmlak ələ keçirmək məqsədilə quldurluq törətməkdə təqsirləndirilən Paşayev məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti