...

Sabah səhər İranda seçki kampaniyası başa çatır

Siyasət Materials 10 İyun 2009 12:11 (UTC +04:00)

İyunun 11-də səhər saat 8-dən İrabda seçki kampaniyası başa çatır. İyunun 12-dən seçkilərin keçiriləcəyi günədək polis tərəfindən aksiya və mitinqlərin qarşısı alınacaq", - deyə polis komandiri, general İsmail Əhmədi Müqəddəm çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib. Bu barədə FARS xəbər agentliyi məlumat yayıb.

Müqəddəmin sözlərinə görə, həmin müddət ərzində namizədlərin tərəfdarları hansısa tədbir keçirmək istəyərlərsə, rəsmi icazə almalı və tədbiri qapalı məkanda keçirməliditlər. Əks təqdirdə, polis onlara qarşı tədbirlər həyata keçirəcək. 

Müqəddəm bildirib ki, polis seçkilərdə təhlükəsizliyi təmin etməyə tam hazırdır. "Seçki qərargahları ilə müxtəlif görüşlər keçirmişik və onlara təhlükəsizliyi təmin etmək məqsədi ilə lazimi göstərişlər verilib", -deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti