...

Sepah internet səhifələrində təxribat aparanları hədələyib

Siyasət Materials 17 İyun 2009 16:31 (UTC +04:00)
Sepah internet səhifələrində təxribat aparanları hədələyib

İran İnqilab Qvardiyası korpusu (Sepah) bəyanat yayaraq ölkədə bəzi internet səhifələrində təxribat xarakterli məlumat yayanlara xəbərdarlıq edib. Bu barədə İranın İLNA xəbər agentliyi məlumat yayıb.

Bəyanatda bildirilir ki, Sepahın qanun çərçivəsində bu cür təxribat törədənlərə qarşı atacağı addımlar çox ağır olacaq. Biz təxribat törədənlərdən tələb edirik ki, internet səhifələrində, saytlarda və bloqlarda yaydıqları təxribat xarakterli yalan məlumatları qısa zamanda saytlardan çıxarsınlar. 

İranda prezident seçkilərinin nəticəsinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Prezidentliyə namizəd Mir Hüseyn Musəvinin tərəfdarları seçkilərdə geniş saxtakarlıq olduğunu bildirirlər. Son günlərdə İranda Musəvinin minlərlə tərəfdarı iyunun 12-də keçirilən prezident seçkilərinin nəticələrinə etiraz məqsədi ilə icazəsiz aksiyalar keçiriblər. Son məlumatlara görə, aksiyalar zamanı 25 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti