...

Azərbaycan parlamentində ABŞ Konqresinin Nümayəndələr Palatasına etiraz müraciəti qəbul olunub

Siyasət Materials 30 İyun 2009 15:10 (UTC +04:00)
Azərbaycan parlamentində ABŞ Konqresinin Nümayəndələr Palatasına etiraz müraciəti qəbul olunub

Azərbaycan, Bakı, 30 iyun /  Trend , müxbir A.Hüseynbala /

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə İqtisadi siyasət komitəsinin birgə iclasında ABŞ Konqresinin Nümayəndələr Palatasına müraciət qəbul olunub.

Azərbaycan parlamenti bu il iyunun 17-də ABŞ Konqresi Nümayəndələr Palatasının təchizatlar komitəsinin dövlət, xarici əməliyyatlar və aidiyyatı proqramlar üzrə alt komitəsi tərəfindən qəbul olunmuş 2010-cu il üçün Dövlət Departamenti və xarici əlaqələr üzrə büdcə layihəsi çərçivəsində separatçı DQ qrumuna 10 milyon ABŞ dolları məbləğində yardımın ayrılmasından narahatlığını bildirir və ona etiraz edir.

Parlament hesab edir ki, əslində separatizmə dəstək olan bu qərar ABŞ-ın beynəlxalq münasibətlər sistemində izlədiyi xarici siyasətə ziddir və enerji, regional təhlükəsizlik, beynəlxalq terrorla və kütləvi qırğın silahları ilə mübarizə, Əfqanıstandakı hərbi əməliyyatlar, islam dünyası ilə dialoq və digər sahələrdə Azərbaycan-ABŞ əməkdaşlığının strateji tərəfdaşlıq müstəvisinə yüksəldiyi,  DQ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin həssas mərhələyə daxil olduğu və ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın vasitəçi qismində çıxış etməsinə ən çox ehtiyac olduğu bir dövrdə Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişafına xidmət etmir.

Azərbaycan parlamenti hesab edir ki, bu yardım DQ münaqişəsinin tənzimlənməsi prosesində həmsədr dövlətlərdən biri kimi, ABŞ-ın bütün fəaliyyətinijn mahiyyəti ilə ziddiyyət təşkil edir, onun obyektivliyini və tərəfsizliyini şübhə altına alır.

Azərbaycan parlamenti hesab edir ki, ABŞ DQ göstərə biləcəyi hər hansı humanitar yardımı Azərbaycan hökuməti ilə razılaşdırılmalı, DQ-nın Azərbaycan ərazisi olması faktını vurğulayan tədbirlərə üstünlük verilməlidir.

Deputatlar amerikalı həmkarlarını 907-ci düzəlişin tam ləğvinə də çağırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti