...

Azərbaycan Prezidenti Almaniyanın Baden-Vürtemberq federal torpağının Baş nazirini qəbul edib

Siyasət Materials 12 Avqust 2009 17:42 (UTC +04:00)
İki ölkə arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev həm siyasi, həm də iqtisadi sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə edib.
Azərbaycan Prezidenti Almaniyanın Baden-Vürtemberq federal torpağının Baş nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Almaniyanın Baden-Vürtemberq federal torpağının Baş naziri Günter Oettingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

İki ölkə arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev həm siyasi, həm də iqtisadi sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə edib.

Dövlət başçısı əmin olduğunu bildirib ki, Baden-Vürtemberq federal torpağının Baş nazirinin böyük tərkibdə nümayəndə heyəti ilə Azərbaycana səfəri səmərəli olacaq və Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin daha da möhkəmlənməsi işinə öz töhfəsini verəcək.

Xəbər lenti

Xəbər lenti