...

Filippində saxlanılan gürcü dənizçiləri özlərini yaxşı hiss edirlər – XİN

Siyasət Materials 24 Avqust 2009 14:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 avqust / Trend , müxbir N.Kirsxaliya /

Filippində saxlanılan Gürcüstan dənizçiləri özlərini yaxşı hiss edirlər və onların sağlamlığı ilə bağlı təhlükə yoxdur. Bu barədə ənənəvi bazar ertəsi brifinqində Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr Nalbandov bildirib.

Onun sözlərinə görə, 13 dənizçi həbsxanada və ya immiqrasiya düşərgəsində deyil və onlar normal şəraitdə saxlanılırlar.

Nalbandovun dediyi kimi, Panama bayrağı altında üzən gəmi "La-Plata" şirkətinə məxsusdur və şirkətin rəhbərliyi dənizçilərin azad olunması üçün hər şey edir. Onlar üçün vəkil tutulub. Vəkil bu gün Filippin hökumətinin nümayəndələri ilə görüşəcək.

Gürcüstan XİN saxlanılan dənizçilərlə müntəzəm əlaqə saxlayır.

Gəmi Filippin hərbçiləri tərəfindən avqustun 21-də saxlanılıb. Gəmidə "Həlil" İsrail tüfəngləri ilə dolu beş qutu aşkarlanıb.

Gəminin sənədlərinə uyğun olaraq, gəmi Türkiyə limanından çıxıb və Manilanın cənubunda yerləşən Batanqa limanına istiqamət alıb.

Fillipin hökumətinin bildirdiyinə görə, silahlar islamçı qiyamçılar üçün nəzərdə tutulub.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti