...

İnsan haqları və demokratikləşdirmə məsələləri Moskvada ATƏT-in nümayəndəsi ilə görüşdə müzakirə ediləcək

Siyasət Materials 9 Sentyabr 2009 14:19 (UTC +04:00)
İnsan haqları və demokratikləşdirmə məsələləri Moskvada ATƏT-in nümayəndəsi ilə görüşdə müzakirə ediləcək

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir E.Ostapenko /

ATƏT-in demokratik institutlar və insan haqları üzrə Bürosunun (DİİHB) direktoru Yanez Lenarçiç Moskvada, həmçinin seçkilərin müşahidəsi və Avropanın təhlükəsizlik arxitekturası da daxil olmaqla, insan haqları və demokratikləşdirmə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcək. Bu barədə ATƏT-in rəsmi məlumatında deyilir.

Lenarçiç Rusiyanın xarici işlər naziri Sergey Lavrov və digər rəsmi şəxslərlə görüşmək məqsədilə Moskvaya çərşənbə günü səfər edib.

Bu, Lenarçiçin Moskvaya ATƏT-in demokratik institutlar və insan haqları üzrə Bürosunun direktoru kimi ikinci səfəri, eyni zamanda Helsinskidə 2008-ci ildə keçirilən Nazirlər Şurası iclasından sonra Lavrov ilə ikinci görüşüdür.

İkigünlük səfəri zamanı Lenarçiç Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov, Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin sədri Mixail Margelov, insan haqqları üzrə müvəkkil Vladimir Lukin və Rusiya Prezidenti yanında vətəndaş cəmiyyəti və insan haqqları institutlarının inkişafına yardım Şurasının rəhbəri Ella Pamfilova, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcək və DİİHB-in seçki müşahidəçiləri üçün təlim kurslarının açılışı mərasimində iştirak edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti