Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanda bələdiyyə seçkisi ilə bağlı ekspert qrupu yaradılıb.
"Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlər və qərarlarla bağlı şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində ekspertlər qrupu yaradılıb", - Trend -un məlumatına görə, bunu MSK-nın bu gün keçirilən iclasında komissiyanın katibi Natiq Məmmədov deyib.
Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək.
Məmmədovun sözlərinə görə, 9 nəfərlik qrupa MSK-nın üzvləri və müvafiq şöbələrinin əməkdaşları daxil edilib.
Eyni qayda ilə hər bir Dairə Seçki Komissiyasında 3 nəfərlik ekspert qrupu yaradılacaq.
Şikayətlərin qəbulu üzrə MSK-da "qaynar xətt" fəaliyyət göstərəcək. MSK üzvləri bununla bağlı növbətçilik qaydasında işləyəcəklər.
İclasda MSK sədri Məzahir Pənahov isə bildirib ki, indiyədək müxtəlif DSK-lara bələdiyyə üzvlüyünə namizədliklərini irəli sürmək üçün 88 nəfər müraciət edib. Onlardan 32 nəfəri imza vərəqələri alıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]