...

Azərbaycan BMT-yə üzvlük haqqını tam ödəyən 22 ölkədən biridir

Siyasət Materials 22 Oktyabr 2009 13:41 (UTC +04:00)
Yalnız 22 ölkə BMT-yə üzvlük haqqını tam ödəyib, BMT-nin idarəetmə məsələləri üzrə baş katibinin müavini Anjela Keyn Nyu-Yorkda keçirilən mətbuat konfransında deyib, Sinxua agentliyi xəbər verir.
Azərbaycan BMT-yə üzvlük haqqını tam ödəyən 22 ölkədən biridir

Yalnız 22 ölkə BMT-yə üzvlük haqqını tam ödəyib, BMT-nin idarəetmə məsələləri üzrə baş katibinin müavini Anjela Keyn Nyu-Yorkda keçirilən mətbuat konfransında deyib, Sinxua agentliyi xəbər verir.

Bu ölkələr sırasına Azərbaycan, Avstraliya, Kanada, Konqo, Xorvatiya, Finlandiya, Almaniya, İslandiya, İtaliya, Yeni Zelandiya, Nigeriya, Filippin, Sinqapur, CAR, İsveçrə və Tacikistan daxildir.

Birləşmiş Millətlər Təşkilatı üzvlərinin 11.4 faizini təşkil edən bu ölkələr, təşkilatın 2008-2009-cu illər büdcəsi, həmçinin sülhün qorunması, beynəlxalq tribunallar və BMT-nin qərargahının bərpa edilməsi üçün bütün ödənişləri həyata keçiriblər.

BMT-nin əsas donoru olan ABŞ da özünün bütün ödənişlərini həyata keçirməlidir.

Xəbər lenti

Xəbər lenti