Azərbaycan, Bakı, 28 oktyabr / Trend , R.Hafizoğlu/
Türkiyə Böyük Millət Məclisinin xarici siyasət komissiyasının rəhbəri ,hakim Ədalət və İnkişaf partisyasınından olan millət vəkili Murad Mərcan türk millət vəkillərinin Bakıya səfəri zamanı jurnalistlərə Azərbaycanın türklər üçün vəətn olduğunu bildirib.
"Azərbaycan bizim üçün bir vətəndir" - deyə Mərcan qeyd edib.
Türkiyəli millətvəkili onu da qeyq edib ki , Türkiyə xalqı üçün Azərbaycan bayrağı əziz və müqəddəsdir.
"Bayraqların yenidən şəhidlər xiyabanında asılması bizi çox sevindirir.Xüsusən, onu da qeyd edim ki, bayraqlarının təkrarən asılmasının Türkiyənin Cumhuriyyət bayramına təsədüf edilməsi ikiqat sevindirici haldır" - deyə, o əlavə edib.
Mərcanın sözlərinə görə, türkiyəli millət vəkilləri Bakıya səfərləri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov ilə göruşləri olacaq.
"Əminəm ki, bu səfər Azərbaycan və Türkiyə parlamentləri arasındakı dostluğu daha da möhkəmləndirəcək", - deyə, o, əlavə edib.