...

Polşanın XİN rəhbəri Azərbaycana rəsmi səfər edəcək

Siyasət Materials 2 Noyabr 2009 16:16 (UTC +04:00)
Azərbaycan və Polşa arasında ikitərəfli münasibətlərin perspektivlərini Polşanın xarici işlər naziri Radoslav Sikorski Bakıda müzakirə edəcək.
Polşanın XİN rəhbəri Azərbaycana rəsmi səfər edəcək

Azərbaycan, Bakı, 02 noyabr / Trend , müxbir S.Ağayeva/

Azərbaycan və Polşa arasında ikitərəfli münasibətlərin perspektivlərini Polşanın xarici işlər naziri Radoslav Sikorski Bakıda müzakirə edəcək.

Polşalı nazirin rəsmi səfəri noyabrın 10-11-nə nəzərdə tutulub. Bu barədə Trend -a Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyev bazar ertəsi Varşavadan telefonla bildirib.

Səfər zamanı ikitərəfli əməkdaşlıq məsələlərinin geniş spektrinin müzakirəsi gözlənilir. Səfər zamanı Polşanın xarici işlər nazirini azərbaycanlı həmkarları ilə əməkdaşlığın yeni imkanlarını müzakirə etmək niyyətində olan polşalı biznesmenlərdən ibarət nümayəndə heyəti müşayiət edəcək.

Polşa XİN rəhbərinin səfər proqramına Baş nazir və Azərbaycanın xarici işlər naziri ilə görüşlər daxildir.

Azərbaycan və Polşa arasındakı əmtəə dövriyyəsi 2009-cu ilin yanvar-avqust aylarında 20,3 milyon dollar təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti