...

ADA-nın Xarici Siyasət Proqramı bir qrup dövlət qurumu mütəxəssisləri üçün 6 aylıq təlim proqramı keçirib

Siyasət Materials 24 Noyabr 2009 11:14 (UTC +04:00)
ADA-dan çərşənbə axşamı Trend News-a verilən məlumata görə, Xarici Siyasət Proqramı çərçivəsində keçirilən 6 aylıq təlim proqramında Xarici İşlər Nazirliyinin diplomatları və Dövlət Gömrük Komitəsi, Dövlət Neft Şirkəti, Fövqəlada Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyini təmsil edən 24 mütəxəssis iştirak edib.
ADA-nın Xarici Siyasət Proqramı bir qrup dövlət qurumu mütəxəssisləri üçün 6 aylıq təlim proqramı keçirib

Azərbaycan, Bakı, 24 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Diplomatik Akademiyasının (ADA) Xarici Siyasət Proqramı bir qrup dövlət qurumu mütəxəssisləri üçün 6 aylıq təlim proqramı keçirib.

ADA-dan çərşənbə axşamı Trend -a verilən məlumata görə, Xarici Siyasət Proqramı çərçivəsində keçirilən 6 aylıq təlim proqramında Xarici İşlər Nazirliyinin diplomatları və Dövlət Gömrük Komitəsi, Dövlət Neft Şirkəti, Fövqəlada Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyini təmsil edən 24 mütəxəssis iştirak edib.

Diplomatik xidmətin əsaslarını əhatə edən bu proqram beş tədris sahəsi üzrə (beynəlxalq münasibətlər, beynəlxalq iqtisadiyyat və ticarət, konsulluq işləri, ictimai diplomatiya, liderlik və kommunikasiya qabiliyyətləri və regionşünaslıq) keçirilib.

Müəllim və təlimçilər Avropa, ABŞ və Asiyanın aparıcı universitetlərindən cəlb olunub. Proqram iştirakçıları üçün bölgələrə, qaçqın düşərgələrinə və hərbi hissələrə səfərlər, mədəni proqram, dövlət və diplomatik qurumlar ilə görüşlər və debat məşqələləri təşkil olunub. Proqramın sonunda seçilmiş iştirakçılar Azərbaycan Respublikasının ABŞ, Böyük Britaniya, Rusiya, Belçika, Avstriya və İsveçrədə fəaliyyət göstərən səfirliklərinə bir aylıq təcrübəyə göndəriliblər.

Proqram iştirakçılarının sertifikatlarla təltif olunma mərasiminə fövqəlada hallar naziri Kəmaləddin Heydərov, Dövlət Kömrük Komitəsinin sədri Aydın Əliyev və xarici işlər nazirinin müavini Vaqif Sadıxov da qatılıb.

Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev təlim proqramına cəlb olunan diplomat və dövlət qulluqçuları arasında yaranan dostluq münasibətlərinin dövlət strukturları arasında gündəlik əməkdakdaşlığın effektivliyinin artmasına töhfə verəcəyinini bildirib.

Fövqəlada hallar naziri Kəmaləddin Heydərov qeyd edib ki, ADA nisbətən cavan qurum olsa da, artıq ciddi uğurlara imza atmağa müvəffəq olub. Nazir bundan sonra da Azərbaycan Diplomatik Akademiyası ilə işçilərinin tədrisi sahəsində əməkdaşlığı davam etdirəcəyini bildirib.

Mərasimin sonunda tələbələrin tədris zamanı çəkdikləri sənədli filimlərin nümayişi və onlara sertifikatların təqdim edilməsi mərasimi keçirilib.

ADA-nın Xarici Siyasət Proqramını son 3 ildə 80 yaxın məzun bitirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti