...

Adam oğurluğunda ittiham olunan azərbaycanlı qadın Türkiyədə saxlanılıb

Siyasət Materials 22 Dekabr 2009 14:06 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend News-a verilən məlumata görə, Nərgiz Hüseynova Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Adam oğurluğunda ittiham olunan azərbaycanlı qadın Türkiyədə saxlanılıb

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Adam oğurluğunda ittiham olunaraq beynəlxalq axtarışa verilmiş azərbaycanlı qadın Türkiyədə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Nərgiz Hüseynova Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

O, Goranboy Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 144 (adam oğurluğu) və 243-cü (fahişəliyə cəlb etmə) maddələri ilə axtarışda olub.

Onun ekstradisiyası üçün tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti