...

Bu gün Qafqazda təhlükəsizlik üzrə Cenevrə məsləhətləşmələrinin növbəti raundu keçiriləcək

Siyasət Materials 30 Mart 2010 12:06 (UTC +04:00)
Bu gün Cenevrədə Qafqazda təhlükəsizlik məsələləri üzrə beynəlxalq məsləhətləşmələrin növbəti - 10-cu raundu keçiriləcək.
Bu gün Qafqazda təhlükəsizlik üzrə Cenevrə məsləhətləşmələrinin növbəti raundu keçiriləcək

Gürcüstan, Tbilisi, 30 mart / Trend , müxbir N.Kirsxaliya/

Bu gün Cenevrədə Qafqazda təhlükəsizlik məsələləri üzrə beynəlxalq məsləhətləşmələrin növbəti - 10-cu raundu keçiriləcək.

Görüş yenə iki qrupda - humanitar və təhlükəsizlik məsələləri üzrə qruplarda keçiriləcək. Qruplar işğal olunmuş ərazilərdə qeydə alınmış qaçqınların hüquqlarının müdafiəsini, həmçinin, güc tətbiq etməmək barədə sazişi müzakirə edəcəklər.

Növbəti raundda gürcü tərəfi qaçqınların qaytarılmasını və təhlükəsilzik məsələsini qaldıracaq. "Biz ümid edirik,  martın 30-da Cenevrədə keçiriləcək beynəlxalq danışıqlarda beynəlxalq birlik tərəfindən hazırlanmış sənəd müzakirə olunacaq və Rusiya tərəfi bu dəfə bu mövzuya əngəl törətməyəcək", - gürcü nümayəndə heyətindən bildirilib.

Osetiya tərəfi də öz təkliflərini təqdim edəcək və o ümid edir ki, danışıqlarda atəşin bərpa olunmaması haqda saziş tərtib ediləcək. "Əks halda, biz Cenevrə danışıqlarını Gürcüstan tərəfdarlarının toplantısı hesab edəcəyik. Belə ki, onlar yalnız Gürcüstan rəhbərliyi tərəfindən hazırlanmış planın həyata keçirilməsi üçün görüşürlər", - Cənubi Osetiyanın de-fakto prezidentinin münaqişədən sonrakı nizamlanma üzrə nümayəndəsi Boris Çoçiyev bildirib.

O qeyd edib ki, Osetiya tərəfi ümid edir ki, danışıqların bu raundu nəticəsiz qalmayacaq və onun iştirakçıları atəşin bərpa olunmaması haqda sazişi dəstəkləyəcəklər.

Sxinvali və Suxumi rejimlərinin nümayəndələri kimi, Rusiya tərəfi də əsas məsələ kimi gürcü tərəfindən güc tətbiq edilməməsinə dair zəmanətin alınması məsələsini qoyur.

Qafqazda təhlükəsizlik məsələləri üzrə beynəlxalq məsləhətləşmələrin əvvəlki, doqquzuncu raundu yanvarın 28-də keçirilib.

Xəbər lenti

Xəbər lenti