...

Brüsseldə Azərbaycanın NATO ilə əməkdaşlığının perspektivləri müzakirə olunub

Siyasət Materials 7 May 2010 11:31 (UTC +04:00)
NATO-nun Baş katibi Anders Foq Rasmussen və Azərbaycanın alyans yanındakı nümayəndəsi Kamil Xasıyev ölkənin Şimali Atlantika Bloku ilə əməkdaşlığını müzakirə ediblər. Bu barədə XİN-in mətbuat mərkəzindən nümayəndəliyə istinadən məlumat verilib.
Brüsseldə Azərbaycanın NATO ilə əməkdaşlığının perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir S.Ağayeva/

NATO-nun Baş katibi Anders Foq Rasmussen və Azərbaycanın alyans yanındakı nümayəndəsi Kamil Xasıyev ölkənin Şimali Atlantika Bloku ilə əməkdaşlığını müzakirə ediblər. Bu barədə XİN-in mətbuat mərkəzindən nümayəndəliyə istinadən məlumat verilib.

Tərəflər siyasi dialoq və praktiki əməkdaşlıq məsələlərini müzakirə ediblər, tərəfdaşlıq münasibətlərinin inkişafında fərdi tərəfdaşlıq üzrə fəaliyyət planının mexanizminin rolunu yüksək qiymətləndiriblər.

NATO Baş katibi Azərbaycanda Əfqanıstanda sabitliyin bərpasına verdiyi töhfəni və alyansın sülhyaratma əməliyyatlarında ölkənin iştirakını yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti