...

Avropa və Azərbaycan hərəkətin sadələşdirilməsi məsələsini müzakirə edir

Siyasət Materials 18 İyun 2010 17:19 (UTC +04:00)
Avropa İttifaqı Azərbaycan Xarici İşlər Nazirliyi ilə birgə cümə axşamı və cümə günü Bakıda mobillik məsələləri üzrə seminar keçirib.
Avropa və Azərbaycan hərəkətin sadələşdirilməsi məsələsini müzakirə edir

Аzərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Y.Ostapenko/

Avropa İttifaqı Azərbaycan Xarici İşlər Nazirliyi ilə birgə cümə axşamı və cümə günü Bakıda mobillik məsələləri üzrə seminar keçirib. Bu barədə Aİ -nin Bakı nümayəndəliyindən verilən məlumatda deyilir.

Seminar altı postsovet məkanı ölkələrinin - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarusun Aİ-yəa siyasi və iqtisadi cəhətdən yaxınlaşmasını nəzərdə tutan "Şərq tərəfdaşlığı" proqramının həyata keçirilməsi çərçivəsində hazırlanıb. Mobillik və viza rejiminin sadələşdirilməsi proqramın əsas bəndlərindən hesab olunur.

"Avropa İttifaqı yaxşı idarə olunan və təhlükəsiz hərəkət üçün şəraiti təmin etməyə hazır olan tərəfdaş ölkələrin vətəndaşları üçün mobilliyin asanlaşdırılmasını davam etdirməyə hazırdır. Bu münasibətlərdə bizim Azərbaycanla qurduğumuz dialoq çox vacibdir", - Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Roland Kobia öz çıxışı zamanı deyib.

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və səfir Rolan Kobia konkret nəticələrə və fəaliyyət planının qəbul olunmasına çağıraraq iyunun 17-də sessiyanı açıq elan ediblər. Azərbaycan nazirlikləri və idarələrindən olan seminar iştirakçıları Avropa Komissiyasından olan vəzifəli şəxslər və mobillik məsələləri üzrə ekspertlərlə fikir mübadiləsi aparıblar.

Əsas müzakirə mövzuları arasında viza siyasəti, viza rejiminin sadələşdirilməsi və yenidən qəbul edilmə haqqında saziş, Aİ-nin miqrasiya məsələlərinə qlobal yaxınlaşması, təhlükəsizlik sənədləri və sığınacaqların verilməsini göstərmək olar.

Xəbər lenti

Xəbər lenti