...

ABŞ Azərbaycanda parlament seçkilərini dəstəkləyir – dövlət katibi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 4 İyul 2010 18:27 (UTC +04:00)
ABŞ Azərbaycanda parlament seçkilərini dəstəkləyir və bu seçkilərə mühüm əhəmiyyət verir. Bu barədə ABŞ dövlət katibi Hillari Klinton bazar günü Bakıda Azərbaycana səfərinin yekunları üzrə mətbuat konfransında bildirib.
ABŞ Azərbaycanda parlament seçkilərini dəstəkləyir – dövlət katibi (ƏLAVƏ OLUNUB)

RED. əlav.: dövlət katibinin sözləri əlavə olunub

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir V.Javoronkova/

ABŞ Azərbaycanda parlament seçkilərini dəstəkləyir və bu seçkilərə mühüm əhəmiyyət verir. Bu barədə ABŞ dövlət katibi Hillari Klinton bazar günü Bakıda Azərbaycana səfərinin yekunları üzrə mətbuat konfransında bildirib.

Azərbaycanda parlament seçkiləri noyabrın əvvəllərində keçiriləcək.

ABŞ dövlət katibi Bakıda ölkə rəhbərliyi ilə demokratiya məsələlərini müzakirə edib və vətəndaş cəmiyyətinin mövcudluğunun vacibliyini qeyd edib.

"Biz həmişə bu məsələni müzakirə edirik, bu, bizim dialoqumuzun ayrılmaz hissəsidir", - o qeyd edib.

"Demokratik islahatlar həmişə bizim inkişaf məqsədimizdir. Azərbaycanın əldə etdiyi irəliləyişlərdən danışarkən, düşünürəm ki, bu, iqtisadi və enerji islahatlarında, eləcə də biznesdə xüsusilə nəzərə çarpır", - Klinton qeyd edib.

"Azərbaycan çox böyük potensiala malik ölkədir və bu gün biz Prezident İlham Əliyevlə əməkdaşlığımızı dərinləşdirə biləcəyimiz istiqamətləri müzakirə etdik", - Klinton qeyd edib.

Onun sözlərinə görə, ABŞ regionun təhlükəsizliyi və çiçəklənməsində maraqlıdır və Azərbaycanla birgə qlobal problemlər - ekstremizmlə mübarizə, sabit enerji nəqlinin təminatı və digərləri üzərində çalışır.

"Bu münasibətlərdə biz Azərbaycanın dostu və tərəfdaşı olaraq qalmaq istəyirik", - dövlət katibi qeyd edib.

Xəbər lenti

Xəbər lenti