...

Azərbaycanın "Ümid" partiyası müxalifətin geniş birliyinə qoşulmaq istəyir - partiya sədri

Siyasət Materials 9 İyul 2010 11:22 (UTC +04:00)
Azərbaycan müxalifətinin geniş birliyi yaranarsa, Ümid Partiyası bu birliyə qoşula bilər
Azərbaycanın "Ümid" partiyası müxalifətin geniş birliyinə qoşulmaq istəyir - partiya sədri

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan müxalifətinin geniş birliyi yaranarsa, "Ümid" partiyası bu birliyə qoşula bilər. Bu barədə cümə günü Trend-ə "Ümid" partiyasının sədri İqbal Ağazadə müxalifətin yeni bloku yaranacağı ehtimalına münasibət bildirərkən deyib.

"Ümid" partiyasının hər hansı blok yaratmaq niyyəti hələ ki müzakirə predmeti deyil. Yalnız geniş birlik yaranarsa, biz də bu bloka qoşulmaq barədə düşünərik", - Ağazadə əlavə edib.

"Ümid" partiyası 1993-cü ildə təsis edilib. Partiyanın ilk sədri Əbülfət Əliyev olub. 2002-ci ildə partiya Vətəndaş Birliyi Partiyası (VBP) ilə birləşib. 2002-ci il dekabrın 15-də "Ümid" partiyasının III qurultayında partiyanın sədri İqbal Ağazadə seçilib.

"Ümid" partiyası "Azadlıq" bloku daxilində gedən proseslərlə bağlı fikir söyləməkdən çəkinsə də, həmin blokdakı partiyalarla əməkdaşlığa etiraz etmədiyini bildirib.

Partiya sədri hesab edir ki, "Ümid" partiyası indiki vəziyyətdə ayrı-ayrı blokların hamısı ilə rəqabət aparmaq gücünə malikdir.

"Geniş birliyin yaranması ilə bağlı bir neçə dəfə təşəbbüs etmişik, lakin partiyalar bunu hələ ki qəbul etmir. Demokratiya, cəmiyyətin demokratikləşməsi naminə hamı ilə əməkdaşlıq etməyə hazırıq. Amma blok məsələsi hələlik gündəmdə deyil", - partiya sədri bildirib.

Xəbər lenti

Xəbər lenti