...

ATƏT Türkmənistanda məişət zorakılığının qurbanları üçün açılan "qaynar xətt"in işinə kömək edir

Siyasət Materials 10 İyul 2010 17:38 (UTC +04:00)
ATƏT Trükmənistanda məişət zorakılığının qurbanları üçün açılan "qaynar xətt"in işinə kömək edir. ATƏT-in dəstəyi sayəsində Aşqabadda bu günlərdə K.Okara ictimai təşkilatının təşkilatçılığı ilə təlim kursu keçirilib.
ATƏT Türkmənistanda məişət zorakılığının qurbanları üçün açılan "qaynar xətt"in işinə kömək edir

Türkmənistan, Aşqabad, 10 iyul/Trend, müxbir H.Həsənov/

ATƏT Trükmənistanda məişət zorakılığının qurbanları üçün açılan "qaynar xətt"in işinə kömək edir. ATƏT-in dəstəyi sayəsində Aşqabadda bu günlərdə K.Okara ictimai təşkilatının təşkilatçılığı ilə təlim kursu keçirilib.

İkigünlük kursda təşkilatın nümayəndələri, o cümlədən "qaynar xətt"in məsləhətçiləri, telefon məsləhətinin əsas prinsipləri ilə tanış olan hüquqşünaslar və psixoloqlar iştirak edərək ekstremal hallarda işlə bağlı tövsiyələr alıblar.

Proqrama nəzəri məşğələlər və bəzi konkret hadisələr, zorakılığın qarşısının alınması strategiyası, məsləhətçilərin etik məcəlləsi və gələn zənglərin məlumat bazasının yaradılması prinsiplərinin əsasları daxil edilib.

"ATƏT-in gender bərabərliyinin dəstəklənməsi ilə bağlı 2004-cü il üzrə fəaliyyət planı iştirakçı dövlətləri gender əlamətinə görə zorakılığın istənilən formasının qarşısının alınmasına istiqamətlənən tədbirlər görməyə çağırır. Bu treninq vasitəsilə Mərkəz Türkmənistanda belə vacib işə öz töhvəsini verməkdə fəxr hissi duyur", - ATƏT-in Aşqabaddakı Mərkəzinin siyasi məsələlər üzrə əməkdaşı Anne Suotula deyib.

"Məişət zorakılığı xüsusi yanaşma və münasibət tələb edən çox incə məsələdir. Təkcə problemin dərk edilməsi deyil, həm də onun effektiv həllini tapmaq bacarığı vacibdir", - təlim kursunu keçirən "Sovremennik" ictimai assosiasiyasının rəhbəri Elvira Mruçkovskaya qeyd edərək əlavə edib ki, qaynar xətt çətin vəziyyətə düşənlərə və yaxınlarından kömək ala bilməyənlərə kömək etmək üçün mühüm vasitədir".

ATƏT-in həyata keçirdiyi həmin layihə çərçivəsində məişət zorakılığının potensial qurbanları hüquqi və psixoloji kömək ala bilərlər. Bundan başqa, bu məsələ ilə bağlı ictimaiyyət üçün seminarlar da keçirilir.

Xəbər lenti

Xəbər lenti