...

Gürcüstanın, ölkənin təhlükəsizliyini təmin edəcək müdafiə sisteminin olmasına haqqı var - ABŞ Müdafiə Nazirliyi

Siyasət Materials 7 Oktyabr 2010 14:57 (UTC +04:00)
Gürcüstanın təhlükəsizliyini təmin edəcək müdafiə sisteminin olmasına haqqı var. Bu barədə Gürcüstan jurnalistlərinə ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik üzrə köməkçisi Aleksandr Verşbou deyib.
Gürcüstanın, ölkənin təhlükəsizliyini təmin edəcək müdafiə sisteminin olmasına haqqı var - ABŞ Müdafiə Nazirliyi

Gürcüstan, Tbilisi, 7 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın təhlükəsizliyini təmin edəcək müdafiə sisteminin olmasına haqqı var. Bu barədə Gürcüstan jurnalistlərinə ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik üzrə köməkçisi Aleksandr Verşbou deyib.

Onun sözlərinə görə, Gürcüstan və ABŞ arasında Əməkdaşlıq Haqqında Strateji Xartiyanın iclasından sonra, görüş çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərinə baxılıb."Biz Gürcüstanın müdafiə sistemində həyata keçirilən islahatları birmənalı şəkildə dəstəkləmişik", - Verşbou deyib.

ABŞ müdafiə nazirinin köməkçisi Gürcüstan hərbçilərinin NATO-nun Əfqanıstandakı əməliyyatlarında xüsusi rolunu vurğulayıb. "Gürcü hərbçiləri orada mühüm rol oynayırlar və buna görə də çox böyük təcrübə toplayırlar", - o deyib.

Verşbou qeyd edib ki, Gürcüstan ilə ABŞ arasında müdafiə sahəsində münasibətlər hər gün dərinləşir. "Biz Gürcüstanın müdafiəqabiliyyətli olma və onun təhlükəsizliyini təmin edəcək belə müdafiə sisteminin olması hüququnu dəstəkləyirik", - Pentaqon nümayəndəsi qeyd edib.

Xəbər lenti

Xəbər lenti