...

Azərbaycan MSK beynəlxalq müşahidəçilərin vizaların alınması ilə bağlı problemlərinin olmayacağına zəmanət verir

Siyasət Materials 20 Oktyabr 2010 17:27 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) beynəlxalq müşahidəçilərin ölkəyə gəlməsi üçün vizaların alınması ilə bağlı problemlərinin olmayacağına zəmanət verir.
Azərbaycan MSK beynəlxalq müşahidəçilərin vizaların alınması ilə bağlı problemlərinin olmayacağına zəmanət verir

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) beynəlxalq müşahidəçilərin ölkəyə gəlməsi üçün vizaların alınması ilə bağlı problemlərinin olmayacağına zəmanət verir.

"Azərbaycanın Mərkəzi Seçki Komissiyasında akkreditə olunan beynəlxalq müşahidəçilər Azərbaycana səfərləri zamanı heç bir çətinliklə rastlaşmayacaqlar. Bu barədə çərşənbə günü jurnalistlərə MSK-nın Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rövzət Qasımov deyib.

"MSK artıq ölkənin müvafiq qurumları ilə əlaqə yaradb və keçiriləcək Parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana gələcək beynəlxalq müşahidəçilərə vizaların verilməsində problem olmayacaq", - Qasımov qeyd edib.

Onun sözlərinə görə, bu günə artıq 451 beynəlxalq müşahidəçi akkreditə olunub. ATƏT-in, Avropa Şurası Parlament Assambleyasının, MDB-nin və Türkdilli Ölkələrin parlament assambleyalarının müşahidə missiyaları akkreditə olunub.

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı "Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanına əlavə edilməsi barədə Fərman imzalayıb.

Xəbər lenti

Xəbər lenti