...

ABŞ-ın dövlət katibi insan alverinə son qoymağa çağırır

Siyasət Materials 2 Noyabr 2010 18:57 (UTC +04:00)
ABŞ-ın dövlət katibi xanım Hillari Klinton insan alverinə son qoymağa çağırır.
ABŞ-ın dövlət katibi insan alverinə son qoymağa çağırır

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

ABŞ-ın dövlət katibi xanım Hillari Klinton insan alverinə son qoymağa çağırır.

"Amerikanın hər yerində ibtidai sinif şagirdlərinə öyrədirlər ki, köləliyə 19-cu əsrdə son qoyulub. Lakin bədbəxtlikdən, təxminən 150 il sonra qlobal xəstəliyə son qoymaq üçün mübarizə sona çatmaqdan hələ də çox uzaqdadır. Bu gün bu, başqa bir forma alır və biz bunu digər adla çağırırıq - "insan alveri". Lakin bu, Birləşmiş Ştatlarda və dünyada əsas insan ləyaqətini hələ də təhqir etməkdədir", - çərşənbə axşamı dövlət katibinin ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən yayılmış məqaləsində deyilir.

"Rəqəmlər adətən fərqlənir, lakin görünür ki, təxminən 12 milyonla 27 milyon arasında insan dünyada repressiyadan əziyyət çəkir", - dövlət katibi yazır.

"Kişi, qadın və uşaqlar qaçmaqla yaxa qurtarmaq istədikdə onları zorakılıqla və ya həbslə hədələyən qəddar rəislər tərəfindən fahişəliklə məşğul olmağa, sahələrdə və fabriklərdə işləməyə məcbur edilir. Bu ilin əvvəlində ABŞ-ın tarixində ən ciddi insan alveri üzrə cinayət işi hesab olunan Havayda fəaliyyət göstərən altı "işəgötürən" qeydə alınıb. Onlar 400 taylandlını pasportlarını müsadirə etməklə və deportasiya ilə hədələməklə ferma işində məcburi əməyə cəlb ediblər", - məqalədə deyilir.

Dövlət katibinin sözlərinə görə, on illər boyunca bu problemə xüsusilə diqqət yetirilməyib. "Bu həftə eks-prezident Klintonun insan alveri qurbanlarının müdafiəsi haqqında qanunu imzalamasının 10 ili tamam olur. Bu qanun insan alverçilərini məhkəməyə vermək imkanları yaradıb və onun qurbanlarına hüquqi və digər xidmətləri göstərməyə imkan verib. Bu gün polis işçiləri, hüquq müdafiəçiləri və hökumətlər öz səylərini daha səmərəli şəkildə tənzimləyirlər. Bütün dünyada minlərlə qurban azadlığa çıxıb və əksəriyyəti Amerikada hüquqi status və iş icazəsi ilə qalıb. Bəziləri isə hətta ABŞ vətəndaşlığını alıb və insan alverçilərinə insanların həyatını dağıtmağa imkan verməyərək özlərini xeyirli işə həsr ediblər", - məqalədə deyilir.

"İnsan alverinə qarşı müasir hərəkat Birləşmiş Ştatlarla məhdudlaşmır", - dövlət katibi qeyd edir. Onun sözlərinə görə, 150 ölkə qurbanları müdafiə etmək və bu sahədə beynəlxalq əməkdaşlığa imkan yaratmaq üçün BMT-in insan alveri haqqında Protokoluna qoşulub. 116-dan çox ölkə insan alverinə qadağa qoyub. Hər il müəyyənləşdirilmiş qurbanların və həbs olunmuş insan alverçilərinin sayı artır.

"Lakin bizi hələ də uzun yol gözləyir. Hər il Dövlət Departamenti 177 ölkədə, indi isə öz ölkəsi də daxil olmaqla insan alverinə dair hesabat tərtib edir. Ən son hesabatdan belə nəticə çıxarılıb ki, 19 ölkə insan alverinə qarşı mübarizədə öz səylərini azaldıb və 13 ölkə insan alverinin qarşısını almaq üçün vəziyyəti yaxşılaşdırmağa səy göstərməyərək minimum standartlara cavab verə bilməyib və bu sahəni təkmilləşdirmək üçün səy göstərmir", - məqalədə deyilir.

Klinton ən vacib məsələ kimi hökumətin insan alverinin daha çox qurbanı olan qadın və uşaqları müdafiə etməsini hesab edir. "Onlar nəinki cinsi, eləcə də əmək istismarı ilə məşğul olan cinayətkarların əlinə düşür və onların əksəriyyəti məcburi işlərə (pambıq yığmaq, nadir minerallar çıxarmaq, gecə klublarında rəqs etmək) cəlb olunur. Dünya iqtisadi böhranı qadınları bu cür işlərə cəlb etdikcə qurbanların sayının artması davam edə bilər", - o qeyd edir.

ABŞ-ın dövlət katibi belə hesab edir ki, müasir köləliyə qarşı mübarizə aparmaq istiqamətində səyləri ikiqat artırmaq lazımdır. "Ümid edirəm ki, BMT-nin insan alverinə dair Protokoluna hələ də üzv olmayan ölkələr bu təşəbbüsə qoşulacaqlar. Digər əksər ölkələr insan alverinə qarşı öz qanunlarını gücləndirmək üçün daha çox işlər görəcəklər. Və bütün hökumətlər qurbanların axtarışı və insan alverçilərini cəzalandırmaq üçün daha çox ehtiyat ayıracaqlar", - Klinton qeyd edir.

Onun sözlərinə görə,vətəndaşlar bütün istismar formalarına qadağa qoyan və qurbanlara sağalmaq üçün dəstək olan qanunları təbliğ etməklə də kömək edə bilərlər. Onlar, həmçinin, yerli sığınacaqda könüllü işləyə və /www.chainstorereaction.com/ saytı ilə bütün təchizat zəncirləri boyunca şirkətləri zorakı əməyin qarşısını almağa həvəsləndirə bilərlər.

Xəbər lenti

Xəbər lenti