...

Nino Burcanadze Tbilisidə "Saakaşvili rejimi"ndən narazı olan 13 minə yaxın tərəfdaşı bir araya gətirmək niyyətindədir

Siyasət Materials 15 Noyabr 2010 11:32 (UTC +04:00)
Gürcüstan Xalq Nümayəndələri Yığıncağı noyabrın 25-də Tbilisidə 12 500 nümayəndə yığmaq niyyətindədir.
Nino Burcanadze Tbilisidə "Saakaşvili rejimi"ndən narazı olan 13 minə yaxın tərəfdaşı bir araya gətirmək niyyətindədir

Gürcüstan, Tbilisi, 15 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Xalq Nümayəndələri Yığıncağı noyabrın 25-də Tbilisidə 12 500 nümayəndə yığmaq niyyətindədir. Bu barədə bazar ertəsi Gürcüstanın "Asaval-Dasavali" qəzetinə müsahibəsində ölkə parlamentinin eks-spikeri, "Demokratik hərəkat - Vahid Gürcüstan" müxalifət partiyasının hazırkı lideri Nino Burcanadze deyib.

Onun sözlərinə görə, hakimiyyət Xalq Yığıncağının qurultayından elə qorxub ki, onun keçirilməsi üçün İdman Sarayını və "Lokomativ" stadionunu verməkdən belə imtina ediblər.

"Bu, bizə küçədə toplaşmağa mane olmur və onda hakimiyyət bu qərarın nəticələrinə görə tam məsuliyyət daşıyacaq. Bizə tutumlu binanın verilməsi üçün indi danışıqları davam etdiririk, bu, baş tutmasa, hər birinin arxasında daha bir neçə insan olan 12 500 nümayəndənin hamısı bura gələcəklər, mən sizə söz verirəm", - Burcanadze qeyd edib.

O, ölkəyə Prezident Mixail Saakaşvilinin lazım olub-olmamasını həll edəcək qurultayın mümkün nəticələrini proqnozlaşdırmaq istəməyib. "Qurultayın qərarını proqnozlaşdıra bilmərəm, lakin qurultay qərara gəlsə ki, Saakaşvilini kəskin aksiyalar yolu ilə uzaqlaşdırmaq lazımdır, mən xalqla olacağam və ona xəyanət etməyəcəyəm, lakin hər şeyə qurultay qərar verəcək", - o, vurğulayıb.

Eks-spikerin sözlərinə görə, Leyboristlər partiyasının aksiyaya qoşulması üçün danışıqlar aparılır. Burcanadze "hakimiyyətin peyki olmaq istəyən" və hakimiyyətin dəyişdirilməsi üçün seçkidən başqa istənilən digər yoldan imtina edən İrakli Alasaniyanı kəskin tənqid edib. "Biz qanuni yolla hərəkət etmək niyyətindəyik, belə ki, həm aksiyalara, həm mitinqlərə, həm də yürüşlərə qanun icazə verir", - o, əlavə edib.

Xəbər lenti

Xəbər lenti