...

Azərbaycan MSK 46 seçki məntəqəsində seçkilərin nəticələrini etibarsız sayıb

Siyasət Materials 22 Noyabr 2010 12:56 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası 46 seçki məntəqəsində seçkilərin nəticələrini etibarsız sayıb.
Azərbaycan MSK 46 seçki məntəqəsində seçkilərin nəticələrini etibarsız sayıb

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) 46 seçki məntəqəsində seçkilərin nəticələrini etibarsız sayıb.

"MSK səsvermə günündən sonra parlament seçkiləri ilə bağlı daxil olan müraciətləri araşdırıb və 20 seçki dairəsi üzrə 46 seçki məntəqəsində seçkilərin nəticələrini etibarsız saymaq haqqında qərar qəbul edib", - MSK sədri Məzahir Pənahov bazar ertəsi keçirilən iclasın yekunları barədə deyib.

Noyabrın 7-də Azərbaycanda parlament seçkiləri keçirilib.

MSK katibi Natiq Məmmədov iclasın yekunları barədə bildirib ki, Azərbaycandakı hazırki parlament seçkiləri bir sıra yeniliklərlə qeyd olunub. Onların arasında bütün namizədlərə pulsuz efir vaxtının verilməsi də var. O, həmçinin qeyd edib ki, sonuncu parlament seçkilərində qeydiyyata alınan müxalif namizədlərin sayı hakim partiyanın nümayəndələrindən çox olub.

MSK üzvü Mikayıl Rəhimli iclasın gedişində qeyd edib ki, hazırki seçkilər əvvəlkilərdən daha yüksək səviyyədə keçirilib. Onun sözlərinə görə, eyni zamanda növbəti seçkilərədək səsvermə günü MSK-ya daxil olan müraciətlərin baxılması sistemi təkmilləşdirilməlidir.

Komissiyanın üzvü Oqtay Hümbətov iclasda çıxışı zamanı bildirib ki, bütün namizədlərə pulsuz efir vaxtının verilməsi praktikası özünü doğruldub və o, gələcəkdə geniş tətbiq olunacaq.

MSK-nın bazar ertəsi parlament seçkilərinin nəticələrini təsdiqləyəcəyi və Konstitusiya Məhkəməsinə təqdim edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti