...

İKT-nin baş katibi təhlükəsizliyin təmin olunması üçün ATƏT-lə səylərin birləşdirilməsinin tərəfdarıdır

Siyasət Materials 2 Dekabr 2010 12:51 (UTC +04:00)
İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlu sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi ilə İKT ilə ATƏT-in səylərinin birləşdirilməsinin tərəfdarı olduğunu bildirib.
İKT-nin baş katibi təhlükəsizliyin təmin olunması üçün ATƏT-lə səylərin birləşdirilməsinin tərəfdarıdır

Qazaxıstan, Astana, 2 dekabr /Trend, müxbir A.Maratov/

İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlu sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi ilə İKT ilə ATƏT-in səylərinin birləşdirilməsinin tərəfdarı olduğunu bildirib.

"İKT və ATƏT arasında əməkdaşlıq dairəsi çox genişdir və bizim qarşılıqlı fəaliyyət və məsləhətləşmələrə əsaslanaraq bu imkandan istifadə etməyimiz vacibdir", - İKT-nin baş katibi Astana sammitində çıxışı zamanı bildirib.

O bildirib ki, bu proses çərçivəsində təşkilatların daha da yaxınlaşması üçün təməl qoyulacaq. Onun sözlərinə görə, İKT və ATƏT-in səylərinin birləşdirilməsinə çoxdan ehtiyac yaranıb.

İhsanoğlunun sözlərinə görə, İKT təmkinli olmaq və modernləşmək prinsiplərinə sadiqdir.

"Müsəlman dünyasında münaqişələrin nizamlanması Avropada sabitliyin və təhlükəsizliyin saxlanmasına kömək edə bilərdi", - o, deyib və İKT-nin Somali, Sudan və Əfqanıstandakı münaqişələrə diqqət ayırdığını bildirib.

Təhlükəsizlik Astana sammitində müzakirə olunan əsas mövzulardan biri olub. Bundan əvvəlki sammitdən bəri dünyada təhlükəsizlik sahəsindəki vəziyyət və təhdidlər xeyli dəyişikliklərə məruz qalıb və Astana sammiti ATƏT ölkələrinə ən mühüm problemləri müzakirə etmək və yaxın gələcəkdə birgə fəaliyyət imkanlarını müzakirə etməyə imkan verib.

Sammit Qazaxıstanın ATƏT-ə sədrliyi çərçivəsində keçirilir. Gələn ilin yanvarından təşkilata Litva sədrlik edəcək.

Qazaxıstanın ATƏT-ə sədrliyi gələn ildən bu ölkənin İKT-yə sədrlik etməsi ilə daha böyük önəm kəsb edəcək.

ATƏT ölkələrinin dövlət və hökumət başçıları sonuncu dəfə 1999-cu ildə İstanbulda toplaşıblar. ATƏT məşvətrətçi orqan olduğu üçün bu tip yüksək səviyyədə görüş mövcud problemləri müzakirə etməyin yeganə üsuludur.

Xəbər lenti

Xəbər lenti