...

GUAM Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib

Siyasət Materials 3 Dekabr 2010 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

ATƏT-in Astana sammiti çərçivəsində Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun sədrliyi ilə GUAM Xarici İşlər Nazirləri Şurasının 13-cü iclası keçirilib. Bu barədə GUAM-ın məlumatında deyilir.

İclasda Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Moldova xarici işlər və Avropa inteqrasiyası nazirinin müavini Andrey Popov, Ukrayna xarici işlər nazirinin müavini Pavel Klimkin və GUAM-ın baş katibi Valeri Çeçelaşvili iştirak ediblər.

Xarici İşlər Nazirlərinin Şurası 2010-cu ilin sonunadək təşkilatın fəaliyyət planının yerinə yetirilməsi haqqında informasiyanı nəzərə alaraq, BMT Baş Assambleyasının 65-ci sessiyasının "GUAM məkanınında həlli yubanmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri" gündəliyinin 14-cü bəndi çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərini və "BMT və GUAM arasında əməkdaşlıq" qətnaməsinin layihəsini müzakirə edib, 2010-2011-ci illər üçün GUAM-a üzv olan ölkələrin diplomatik nümayəndəliklərinin digər beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət planlarının təsdiq edilməsi haqqında qərar qəbul edib.

Xarici İşlər Nazirlərinin Şurası sahə əməkdaşlığı üzrə məsələləri müzakirə edib, 2011-2012-ci illər üçün GUAM-ın sahə işçi qruplarının əlaqələndirici ölkəsinin təsdiq edilməsi və fövqəladə halların xəbərdar edilməsi və onların nəticələrinin aradan qaldırılması sahəsində birgə komissiyanın yaradılması haqqında qərar qəbul edib.

Xarici İşlər Nazirlərinin Şurası işçi orqanın fəaliyyət mexanizminə aid olan, GÖUAM iştirakçı dövlətləri arasında azad iqtisadi zonanın yaradılması haqqında 20 iyul 2002-ci il tarixli sazişin müddəalarının yerinə yetirilməsi üzrə razılığa gələn tərəflərin hərəkətlərini əlaqələndirən və ÜTT standartlarına uyğun malların istehsalçı ölkə mənşəyinin müəyyənləşdirilməsi qaydalarını, investisiya forumunun, GUAM-ın işgüzar şurasının və "GUAM-ın ən yaxşı bankı - 2010" müsabiqəsinin keçirilməsi barədə sənədin hazırlanması haqqında təklifləri dəstəkləyib.

Xarici İşlər Nazirlərinin Şurası "GUAM-Yaponiya" birgə turizm məhsulunun irəliləməsini, eləcə də hüquq-mühafizə orqanlarının "Narkostop-2010" (15 sentyabr - 15 oktyabr, 2010) və "Ələ keçirmə-2010" (1-30 oktyabr, 2010) birgə əməliyyatlarını müsbət qiymətləndirib. Xarici İşlər Nazirlərinin Şurası digər təşəbbüsləri, xüsusən də hüquq-mühafizə orqanları və digər səlahiyyətli orqanlar arasında operativ əməkdaşlığın dərinləşdirilməsi üçün GUAM-ın virtual mərkəzinin yaradılması mexanizmini dəstəkləyərək, fövqəladə halların xəbərdar edilməsi sahəsində GUAM-Yaponiya birgə seminarının təşkili, GUAM üzv dövlətlərinin "Şərq tərəfdaşlığı" "Sərhədlərin inteqrasiyalı idarə edilməsi" və "Təbii və texnogen fəlakətlərə xəbərdarlıq, hazırlıq və reaksiya" "flaqman" təşəbbüslərinin həyata keçirilməsində iştirakının təmini üzrə səylərin fəallaşdırılması ilə bağlı işi qeyd edib.

Xarici İşlər Nazirlərinin Şurası GUAM-ın tərəfdaş ölkələrlə, xüsusən Milli Koordinatorlar Şurası səviyyəsində GUAM-ABŞ və GUAM-Yaponiya növbəti görüşlərinin keçirilməsi məsələlərini müzakirə edib, Milli Koordinatorlar Şurasının GUAM-ABŞ-ın İkinci çərçivə proqramının platforması üzrə tövsiyələri qəbul edib və GUAM-Yaponiya məsləhətləşmələri üçün analoji platformanın hazırlanması ilə bağlı tapşırıq verib.

Xarici İşlər Nazirlərinin Şurası təşkilatda sədrliyin ötürülməsi haqqında məsələni müzakirə edib və növbəti müddət üçün GUAM baş katibinin təyin edilməsi haqqında qərar qəbul edib.

Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2011-ci ilin yanvar-fevralında keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti