...

Aİ-Azərbaycan Əməkdaşlıq Şurası Avropa qonşuluq siyasəti üzrə Fəaliyyət Planının həyata keçirilməsini sürətləndirəcək

Siyasət Materials 8 Dekabr 2010 01:46 (UTC +04:00)
Əməkdaşlıq Şurası Avropa qonşuluq siyasəti (AQS) üzrə Fəaliyyət Planının həyata keçirilməsinin sürətləndiririlməsinə diqqət yetirməlidir. Bu barədə çərşənbə axşamı Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 11 iclasında bəyan edilib.
Aİ-Azərbaycan Əməkdaşlıq Şurası Avropa qonşuluq siyasəti üzrə Fəaliyyət Planının həyata keçirilməsini sürətləndirəcək

Əməkdaşlıq Şurası Avropa qonşuluq siyasəti (AQS) üzrə Fəaliyyət Planının həyata keçirilməsinin sürətləndiririlməsinə diqqət yetirməlidir. Bu barədə çərşənbə axşamı Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 11 iclasında bəyan edilib.

İclasda Avropa İttifaqını Macarıstanın xarici işlər naziri (Əməkdaşlıq Şurası iclasının sədri) Jolt Nemet, Avropa qonşuluq siyasəti və genişlənmə üzrə komissar Ştefan Füle, Azərbaycanı isə  nümayəndə heyətinin rəhbəri, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib. Həmçinin, iclasda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebi də iştirak edib.

Tərəflər AQS üzrə Fəaliyyət Planının həyata keçirilməsini və Aİ-Azərbaycan əlaqələrinin genişləndirilməsi ilə bağlı məsələləri, həmçinin, Azərbaycanın  Ümumdunya Ticarət Təşkilatına (ÜTT)  üzv olmaq imkanlarını müzakirə etdilər.

Aİ "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasındakı ikitərəfli əlaqələrin inkişafı fonunda Azərbaycanda demokratiya, qanunun aliliyi və insan hüquqları sahəsində əldə olunan tərəqqinin davam etdirilməsininin vacib olduğunu bir daha vurğulayıb. Qeyd olunub ki, Aİ Azərbaycandakı demokratik təsisatların inkişafına dəstəyini davam etdirəcək.

Tərəflər arasında enerji sektorunda əməkdaşlığa dair məsələlər müzakirə olunub. 2006-cı ilin noyabr ayında imzalanan energetika sahəsində Anlaşma Memorandumunun həyata keçirilməsinin davam etdirilməsi zəruri hesab olunub.

Əməkdaşlıq Şurası Dağlıq Qarabağa dair mövcud vəziyyəti də nəzərdən keçirib. Avropa İttifaqı  Azərbaycan və Ermənistan arasında davam edən dialoqa görə tərəflərə minnətdarlığını bildirib və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri nümayəndə heyəti rəhbərlərinin və Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Astana sammiti zamanı son bəyanatlarını alqışlayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Aİ və Azərbaycan arasında əlaqələr 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzrə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti