...

Azərbaycan İsraildə meşə yanğınında həlak olanların xatirəsinə meşə salmağa dəvət olunub

Siyasət Materials 8 Dekabr 2010 13:55 (UTC +04:00)
Amerika Yəhudi Komitəsi İsrailin şimalında baş vermiş yanğın zamanı həlak olanların xatirəsi və təbii fəlakətin aradan qaldırılmasında yardım edən millətlərin şərəfinə meşə salmağı təşkil edir.
Azərbaycan İsraildə meşə yanğınında həlak olanların xatirəsinə meşə salmağa dəvət olunub

Amerika Yəhudi Komitəsi İsrailin şimalında baş vermiş yanğın zamanı həlak olanların xatirəsi və təbii fəlakətin aradan qaldırılmasında yardım edən millətlərin şərəfinə meşə salmağı təşkil edir. Bu barədə komitədən məlumat verilib.

Meşə salma mərasiminə yanğına qarşı əməliyyatlarda iştirak edən bütün ölkələrdən diplomat və nümayəndələr, o cümlədən Azərbaycan dəvət olunacaq.

Yanğın ötən həftə İsrailin şimalında 250 min nəfər əhalisi olan və ölkədə böyüklüyünə görə üçüncü şəhər Hayfanın Karmel dağlarının yamacında baş verib. Hadisə qurbanlarının sayı 42 olub - əksəriyyəti həmkarlarına köməyə gələn və avtobusda diri-diri yanan həbsxana idarələrinin zabit kurslarının dinləyiciləri olub.

Xəbər lenti

Xəbər lenti