...

Fələstin-İsrail danışıqlarının pərdəarxası məqamları açıqlanıb

Siyasət Materials 24 Yanvar 2011 13:25 (UTC +04:00)
Ərəb xəbər agentliyi şəbəkəsi olan "Əl-Cəzirə" indiyədək məxfi sayılan yüzlərlə sənədi açıqlayıb. Trend-in "BBC Azeri"yə istinadən verdiyi məlumata görə, bu sənədlərin böyük əksəriyyəti Yaxın Şərq sülh danışıqlarına aiddir.
Fələstin-İsrail danışıqlarının pərdəarxası məqamları açıqlanıb

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir T.Hacıyev/

Ərəb xəbər agentliyi şəbəkəsi olan "Əl-Cəzirə" indiyədək məxfi sayılan yüzlərlə sənədi açıqlayıb. Trend-in "BBC Azeri"yə istinadən verdiyi məlumata görə, bu sənədlərin böyük əksəriyyəti Yaxın Şərq sülh danışıqlarına aiddir.

Sənədlərdən bəlli olur ki, fələstinli elçilər məxfi şəkildə İsrailin Şərqi Yerusəlimdə qanunsuz işğal etdiyi böyük ərazilərin yəhudilərdə qalmasına razılıq veriblər.

İsrail və fələstinlilər arasında danışıqlar İsrailin Şərqi Yerusəlimdə yəhudi məskənləri salmaq məsələsində inadkarlığı ucbatından həftələrdir ki, dayandırılıb. Lakin məxfi sənədlərdən bəlli olur ki, Fələstin liderləri sazişin əldə olunması xatirinə, xəlvəti olaraq 1967-ci ildə qanunsuz işğal edilmiş böyük ərazilərin güzəştə gedilməsinə hazır olublar.

Məlumdur ki, tərəflər arasında danışıqların ən çətin məqamı hər iki tərəfin iddiasında olduğu Yerusəlimdir.

BBC-nin müstəqil şəkildə yoxlamaq imkanı olmayan bu sənədlərdə göstərilir ki, fələstinlilər Hərm-əl-Şərif və ya Məbəd Dağına daxil olmaq imkanı kimi, əslində danışılması mümkün olmayan tələblər irəli sürüblər.

İllərdir ki, fələstinli elçilər İsrail və Amerika ilə danışıqlar aparırlar, lakin məsələ çözülmək bilmir ki bilmir.

Fələstinlilər, ələlxüsus necə deyərlər, ön cəbhə xəttində - Şərqi Yerusəlimdə olanlar İsrailin ekspansiyasından və bunun müqabilində öz liderlərinin əzvaylığından cana yığılıblar.

Belə görünür ki, açıqlanmış sənədlər bu cür hissləri daha da qızışdıracaq.

Xəbər lenti

Xəbər lenti