...

Azərbaycan "Şərq tərəfdaşlığı" və "Vışeqrad dördlüyü"nün danışıqlarında iştirak edəcək

Siyasət Materials 2 Mart 2011 14:11 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev "Vışeqrad dördlüyü" (V4) (Çexiya, Polşa, Macarıstan və Slovakiya) xarici işlər nazirlərinin "Şərq tərəfdaşlığı" Avropa proqramının üzvü olan ölkələrin nümayəndələri ilə geniş görüşündə ölkəni təmsil edəcək.
Azərbaycan "Şərq tərəfdaşlığı" və "Vışeqrad dördlüyü"nün danışıqlarında iştirak edəcək

Azərbaycan , Bakı , 2 mart /Trend, müxbir S.Ağayeva /

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev "Vışeqrad dördlüyü" (V4) (Çexiya, Polşa, Macarıstan və Slovakiya) xarici işlər nazirlərinin "Şərq tərəfdaşlığı" Avropa proqramının üzvü olan ölkələrin nümayəndələri ilə geniş görüşündə ölkəni təmsil edəcək. Bu barədə Trend-ə XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov məlumat verib.

V4 və "Şərq tərəfdaşlığı" xarici işlər nazirləri siyasət idarələri rəhbərləri çərşənbə günü Bratislavada start götürəcək "GLOBSEC 2011 Bratislava Security Forum" qlobal təhlükəsizlik üzrə beynəlxalq forumun açılışında da iştirak edəcəklər. Bu barədə bir az əvvəl Slovakiyanın TASR informasiya agentliyi məlumat verib.

Cümə axşamı Bratislavadakı V4 sammitinə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton, Aİ-nin genişləndirilməsi məsələləri və Avropa Qonşuluq Siyasəti üzrə avropalı komissar Ştefan Fyule və AFR-in vitse-kansleri, XİN rəhbəri Gido Vestervelle gələcəklər.

Görüşdə Slovakiya, Çexiya və Macarıstanı xarici işlər nazirləri Mikulaş Dzurinda, Karel Şvartsenberq və Yanoş Martoni, Polşanı XİN-in dövlət katibi Mikolay Dovgeleviç təmsil edəcək.

TASR-ın məlumatına görə, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna xarici işlər nazirləri, Belarusun XİN rəhbərinin müavini Bratislavaya gələcəklər.

"Şərq tərəfdaşlığı" Aİ-nin qonşuluq siyasəti çərçivəsində altı postsovet ölkəsi - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə əlaqələrinin yaxşılaşdırılmasına yönəldilmiş Polşa-İsveç təşəbbüsüdür. Layihə çərçivəsində Aİ tərəfindən göstərilən ölkələrə 2013-cü ilədək 600 milyon avro ayrılması nəzərdə tutulub ki, bu vəsait dövlət institutlarının möhkəmləndirilməsi, sərhədlərə nəzarət və kiçik şirkətlərə yardım göstərilməsi məqsədi daşıyır. "Şərq tərəfdaşlığı"nın təsis sammiti 2009-cu il mayın 7-də Praqada keçirilib.

V4 (Vışeqrad qrupu) qrupunun adı 1335-ci ildə Çexiya, Polşa, Macarıstan krallarının görüşdüyü Macarıstanın şimalında yerləşən Vışeqrad şəhərindən götürülüb. Vışeqrad qrupu 1991-ci ilin fevral ayında təşkilata daxil olan üç dövlətin - Macarıstan, Polşa və Çexoslovakiyanın Avropa və Avroatlantik qrumlara inteqrasiyası zamanı qarşılıqlı yardım göstərmək məqsədilə yaradılıb. Çexslovakiyanın dağılmasından sonra Vışeqrad üçlüyü dördlüyə çevrilib.

Xəbər lenti

Xəbər lenti