...

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının iki əməkdaşına fəxri adlar verilib

Siyasət Materials 9 Mart 2011 22:38 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü polkovnik-leytenant İlqar Süleyman oğlu Novruzova “Əməkdar artist” fəxri adı verilməsi haqqında sərəncam imazalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının iki əməkdaşına fəxri adlar verilib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü polkovnik-leytenant İlqar Süleyman oğlu Novruzova "Əməkdar artist" fəxri adı verilməsi haqqında sərəncam imazalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncama əsasən, fəxri ad Novruzova Azərbaycanda musiqi sənətinin inkişafındakı xidmətlərinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə verilib.

Prezidentin digər sərəncamına görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının "Əsgər" qəzetində çoxillik səmərəli fəaliyyətinə görə polkovnik-leytenant Təranə Oqtay qızı Məmmədovaya "Əməkdar jurnalist" fəxri adı verilib.

Xəbər lenti

Xəbər lenti