...

Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas Azərbaycana rəsmi səfərə gəlmişdir

Siyasət Materials 4 Aprel 2011 21:19 (UTC +04:00)
Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas aprelin 4-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.
Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas Azərbaycana rəsmi səfərə gəlmişdir

Trend-i buradan izləyin

Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas bazar ertəsi Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyası hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
Milli geyimli uşaqlar Yunanıstan Prezidentinə gül dəstəsi təqdim etdilər.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Karolos Papulyas və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

Xəbər lenti

Xəbər lenti